Sahibkarlıq və icarə

Əgər sahibkarsınızsa, bir neçə avtomobilləriniz varsa və idarəetmədə çətinlik çəkirsinizsə, o zaman bu işi bizim peşakar komandaya həvalə edin! Biz sizə bir neçə idarəetmə üsullarını təqdim edirik:

1) Öz FLEET-ini aç və hər ay stabil gəlir əldə et
Minimum 3 avtomobiliniz varsa siz FLEET aça  və hər avtomobildən aylıq 1000-1200 AZN qazanc əldə edə bilərsiniz. Xüsusi izləmə paneli vasitəsi ilə siz sürücülərinizə rahat şəkildə nəzarət edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, siz qazancınızı istənilən vaxt mobil tətbiq vasitəsi ilə bank hesabınıza köçürə bilərsiniz. Biz sizə aşağıda qeyd etdiyimiz dəstəyi verəcəyik:

– Avtomobillərə sürücülərin təyinatına köməklik
– Avtomobillərə reklamın yerləşdirilməsi
– Avtomobillərə GPS-in quraşdırılması

2) Avtomobillərinizi  komandamıza nəzarətə verməklə hər ay stabil gəlir əldə edin
Əgər avtomobilləriniz taksi fəaliyyəti üçün uyğundursa, o zaman aylıq 150 AZN xidmət haqqı ödəməklə nəzarəti bizə həvalə edin. Peşakar komandamız yuxarıda qeyd etdiyimiz dəstəyi  göstərərək sizə rahat qazanc imkanı yaradacaq.

3) Avtomobillərinizi heç bir işə qarışmadan icarəyə verin
Heç bir işə qarışmadan avtomobillərinizi icarəyə verin və aylıq 700 AZN qazanc əldə edin. Avtomobillər yalnız BYD (Qin Plus, Destroyer) və kasko sığortalı olmalıdır.

Qeyd: Bildiyiniz kimi hal hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müəyyən edilmiş qanuni tələblərə uyğun olaraq bəzi sənədlər tələb olunur. İlk növbədə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarın VÖEN-i, asan nömrəsi, mobil post terminalı və ona məxsus avtomobillərin buraxılış kartı olmalıdır. Bu sənədlər olmadığı halda siz yenə də bizə müraciət edə bilərsiniz və bizim komanda bu sahədə sizə xidmət göstərməyə hazırdır.

Əməkdaşlıq üçün müraciə.